Bu, Mərkəzi Asiyadan ilk vloqumdur. Hamıya məlumdur ki, Özbəkistan son illərdə çox sürətlə inkişaf edir və mən bunu öz gözlərimlə görmək üçün Daşkəndə yollandım. Şəhərdə həyata keçirilən urbanistik islahatlar, müsair yanaşamaların tətbiqi və inkişaf tempi məni həqiqətən təəccübləndirdi. Bu videoda birlikdə Daşkənd küçələrini gəzəcəyik, yeni ictimai nəqliyyat sisteminə baxacağıq və dünyanın ən gözəl metrolarından birini kəşf edəcəyik.
