Gələn ildən başlayaraq Bakı və bir sıra digər şəhərlərin ictimai nəqliyyatında “brutto müqavilə” adlı sistemə keçid gözlənilir. Sadə vətəndaşlar üçün bu nə deməkdir? Xidmətin keyfiyyəti artacaqmı? Münasib tariflər, aylıq və həftəlik paketlər nəhayət Bakıda tətbiq olunacaqmı? Bəs Bakıda ödənişli zonalar harada olacaq?

Bu və digər sualları AYNA-nı təmsil edən Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədova bu vloqda ünvanladım. Parallel olaraq bu yeniliklərə münasibəti müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyevdən soruşdum.